İsveç Baltik dənizinin Rusiya tankerləri üçün bağlanmasını təklif edir — Səbəb açıqlanıb

15:59 - 19.04.2024


19 aprel, Fineko/abc.az. İsveç Baltik dənizinin sularından keçən Rusiya neft tankerlərinə qarşı yeni tədbirlərin tətbiq edilməsinin tərəfdarıdır.

ABC.AZ xəbər verir ki, xarici işlər naziri Tobias Billströmün sözlərinə görə, Rusiyanın köhnə donanması bütün dəniz qaydalarını pozur və buna görə də hipotetik neft sızması və ya digər qəzalar bölgədə "ekoloji fəlakətə" səbəb ola bilər.

\Xatırladaq ki, İsveç və Finlandiya bu yaxınlarda NATO-ya daxil olmuşdu və Billström, Baltik dənizindəki strateji vəziyyətin artıq dəyişdiyini və Qotland adasının dayaq nöqtəsi olduğunu demişdi.