“Azərişıq”  Füzuli rayonunda tender elan edir 

16:15 - 19.04.2024


19 aprel, Fineko/abc.az. “Azərişıq” ASC  Füzuli rayonu Pirəhmədli (Mandıllı və Musabəyli kəndləri ilə birlikdə) və Dədəli (İşıqlı kəndi ilə birlikdə) kəndlərinin xarici elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq elektrik veriliş xəttinin çəkilişi üçün  tender elan edir.

Tenderdə iştirak haqqı 1000 manatdır.

ABC.AZ etender.gov.az veb saytına istinadən xəbər verir ki, iddiaçılar təkliflərini  23.05.2024 10:00 qədər təqdim edə bilərlər.
Əlaqələndirici şəxs Namiq Heybətov,   [email protected]