AYNA auditor axtarır 

16:44 - 19.04.2024


19 aprel, Fineko/abc.az. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun şəkildə hazırlanmış maliyyə hesabatlarının auditi xidməti üçün açıq tender elan edir.

Tenderdə iştirak haqqı 250 manatdır.

ABC.AZ etender.gov.az veb saytına istinadən xəbər verir ki, sorğuda iştirak etmək istəyənlər təkliflərini mayın 13-ü, saat 17:00-a qədər AYNA-nın yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Hacı Məmmədov küçəsi, 5 ünvanına təqdim edə bilərlər.