Türkiyə 2025-ci ildə Somali sahillərində neft kəşfiyyatına başlamağı planlaşdırır

17:22 - 19.04.2024


19 aprel, Fineko/abc.az. Türkiyə 2025-ci ildə Somali sahillərində neft kəşfiyyatına başlamağı planlaşdırır.  

ABC.AZ xəbər verir ki, bu barədə Energetika Nazirliyinin rəhbəri Alparslan Bayraktar məlumat verib.

“Biz hesab edirik ki, Somali sahillərində neft ehtiyatları ola bilər. Biz ərazidə seysmik işlər aparacağıq və 2025-ci ildə orada dərin su qazma işlərinə başlamağı planlaşdırırıq”, - deyə məlumatda bildirilir. 

Türkiyə və Somali bu ilin mart ayında neft və qaz sahəsində əməkdaşlıq haqqında hökumətlərarası saziş imzalayıb. Fevral ayında hər iki ölkə müdafiə və iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Saziş, 10 il müddətinə nəzərdə tutulub və Türkiyə Hərbi Dəniz Qüvvələrinin Somali sularında müdafiə məqsədi ilə, həmçinin quldurlara, qaçaqmalçılara və brakonyerlərə qarşı mübarizəyə icazə verir. Bundan əlavə, Saziş Türkiyənin Somali iqtisadi dəniz zonasının istismarından əldə etdiyi gəlirin 30%-ə qədərini alacağını nəzərdə tutur.