Azərbaycanda sement istehsalı artıb - Hesabat  

17:30 - 19.04.2024


 19 aprel, Fineko/abc.az. 2024-cü ilin yanvar-mart aylarında 890,7 ton sement istehsal edilib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu 2023-cü ilin eyni dövrü ilə  müqayisədə 185,7 ton və ya 26,3% çoxdur.

Ötən ilin 3 ay ərzində 705 ton sement istehsal edilmişdi. 2024-cü ilin 1 aprel tarixinə hazır məhsul ehtiyatı  88 ton təşkil edib. Bu da əvvəlki illə müqayisədə  1,3 ton və ya 1,3% azalıb.

2023-cü ilin 1 aprel tarixinə hazır məhsul ehtiyatı 89,3 ton təşkil edib.