Zukerberq dünyanın ən varlı adamları siyahısında Maskı geridə qoyub

18:03 - 19.04.2024


19 aprel, Fineko/abc.az. Meta şirkətinin qurucusu Mark Zuckerberg, amerikalı sahibkar İlon Maskı planetin ən zəngin insanları siyahısında geridə qoydu və hazırda üçüncü yeri tutur.

ABC.AZ xəbər verir ki, Zuckerberqin sərvəti bir gündə 2,6 milyard dollar artaraq 178 milyarda çatdı. Cümə axşamı hərracının nəticələrinə görə, Meta səhmləri 1,5% bahalaşıb, həmin gün şirkət yeni süni intellekt modeli Llama 3, həmçinin Meta AI chatbotunun yenilənmiş versiyasını təqdim edib.

Maskın sərvəti eyni zamanda təxminən 4 milyard dollar azalaraq 170 milyarda çatıb və dördüncü yerə enib. Elektromobil istehsalçısı Tesla'nın səhmləri cümə axşamı günü 3,6% ucuzlaşmışdı.