18:15 - 19.04.2024
19 aprel, Fineko/abc.az. Microsoft yeni VASA-1 neyroşəbəkəsini təqdim edib ki, bu da yalnız bir fotoşəkildən hər şeyi danışan dipfeyklər yaratmağa qadirdir.
ABC.AZ xəbər verir ki, məlumata görə, geniş bir duyğu və təbii üz ifadələri ilə danışan bir insanın videosunu generasiya etmək üçün yeni neyroşəbəkəyə, insanın bir görüntüsü və bir səs parçasını təqdim etmək kifayətdir.
"Metodumuz real üz ifadələri və baş hərəkətləri ilə yüksək keyfiyyətli video təmin etməklə yanaşı, həmçinin saniyədə 40 kadr sürətlə 512x512 onlayn video generasiyasını dəstəkləyir. Bu, söhbət zamanı insanın davranışını təqlid edən real avatarlarla real vaxtda qarşılıqlı əlaqəyə yol açır", — Microsoftun məlumatında belə deyilir.
13 May 2025
13 May 2025