11:39 - 22.04.2024
22 aprel, Fineko/abc.az. “Marriott International” otellər şəbəkəsi idarəçisi Türkiyədə iştirakını genişləndirmək planlarını açıqlayıb: operator ölkədəki portfelinə 2025-ci ilin sonuna qədər təxminən 3000 otaqlı 20-dən çox otel əlavə etməyi planlaşdırır.
ABC.AZ xəbər verir ki, şirkətin prezidenti və baş direktoru Antonio Kapuano, bu planların səyahət və qonaqpərvərlik sektorunda bir çox iş yerinin yaradılmasını nəzərdə tutduğunu deyib.
Təxminən 40 ildir ki, Türkiyə otel bazarında fəaliyyət göstərən “Marriott” hazırda yeddi şəhərdə 50-dən çox 20 markalı otelə malikdir.
“Marriott”un Türkiyədəki genişlənməsi lüks, Premium, Elit və orta daxil olmaqla bütün seqmentləri təsir edəcəkdir. Operator Kapadokya və Uşakdakı ilk otellərini Marriott və Sheraton markaları altında təqdim etməyi planlaşdırır.
10 Oktyabr 2024
10 Oktyabr 2024
10 Oktyabr 2024
9 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
9 Oktyabr 2024