“Finans Kredit” MMC BOKT nizamnamə kapitalını kəskin artırıb

12:21 - 22.04.2024


22 aprel, Fineko/abc.az. Bank Olmayan Kredit Təşkilatı “Finans Kredit” MMC-nin təsisçilərinin qərarı ilə nizamnamə kapitalı kəskin artırılıb.

ABC.AZ xəbər verir ki, BOKT-nin nizamnamə kapitalı 199 min manat və ya 45 faiz artırılıb. Beləliklə, nizamnamə kapitalı 442 min manatdan 641 min manata qaldırılıb.

BOKT “Finans Kredit” ötən ili 40.3 min manat xalis mənfəət ilə başa vurub. Təşkilat 2021-ci ili 45.6 minx manat xalis mənfəət ilə bağlamışdı. “Finans Kredit”in kredit portfeli 2022-ci ildə 2021-ci illə müqayisədə 3.2 dəfə artaraq 2 milyon 74 min manata çatmışdı.