İranda Rusiyanın "Mir" kartlarının qəbulu üzrə pilot layihə işə salınacaq

12:44 - 22.04.2024


22 aprel, Fineko/abc.az. İran "Mir" kartlarının qəbulu üzrə pilot layihəyə başlamağa hazırlaşır.

ABC.AZ xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfirliyinin ticarət attaşesi Rahimi Mohsen bildirib.

Onun sözlərinə görə, ilk kart müqavilələri 2022-ci ildə ortaya çıxmışdı. Hazırda pilot layihə işə salınmağa hazırdır, lakin sistemin tam tətbiqi vaxt aparacaq.

O bildirib ki, mütəxəssislər "Mir" kartları üzrə ödəniş prosesini fasiləsiz edəcək texniki nüanslar üzərində işləyirlər. Ticarət attaşesi həmçinin qeyd edib ki, İran Rusiya ilə səmərəli ticarət tərəfdaşlığını dəstəkləyir.

Ekspertlər hesab edirlər ki, layihənin başlanması üç aydan altı aya qədər davam edəcək, lakin müddət ölkələrin marağından asılı olaraq dəyişə bilər.