Ermənistan 4 kəndi minalardan təmizləməyə başlayıb

14:08 - 22.04.2024


22 aprel, Fineko/abc.az. Erməni sapyorlar Tavuş vilayətinin Voskepar kəndində Müqəddəs Tanrı Anası Kilsəsinə bitişik ərazidə minatəmizləmə işlərinə başlayıblar.

ABC.AZ xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.

Qeyd olunub ki, Azərbaycanla yeni sərhəd bu ərazidən keçəcək. Hazırda ərazidə 25-ə yaxın erməni sapyorun işlədiyi bildirilib.

Xatırladaq ki, aprelin 19-da Azərbaycan və Ermənistan sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib.