Türkiyə müəssisəsi Azərbaycandan çıxır

14:46 - 22.04.2024


22 aprel, Fineko/abc.az. “CENAY İnşaat Sanayi ve Ticaret Ltd” müəssisəsi ləğv olunduğunu elan edir.

ABC.AZ xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ1010 Bakı şəhəri, Nəsimi  rayonu, Keykab Xanım Səfərəliyeva küçəsi, ev 22 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, şirkət Azərbaycanda 1997-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 10000 USD və qanuni təmsilçisi Azadə Abdullayevadır.