Gömrük Komitəsi 12 milyon manata avadanlıq alır

14:53 - 22.04.2024


22 aprel, Fineko/abc.az. Dövlət Gömrük Komitəsi “B2B Group” MMC ilə 12 milyon manatlıq müqavilə bağlayıb.

ABC.AZ xəbər verir ki, müqavilədə Dövlət Gömrük Komitəsinin məlumat mərkəzlərində server, saxlanc avadanlıqlarının və şəbəkə infrastrukturunun aktiv-passiv olaraq qurulması xidmətlərinin, təhlükəsizlik həlləri, həmçinin proqram təminatı və lisenziyaların satın alınması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 12 037 631 AZN təşkil edir.