Çin elektromobil istehsalçılarının səhmləri ucuzlaşır

15:20 - 22.04.2024


22 aprel, Fineko/abc.az. Bu gün, aprelin 22-də “Tesla” və “Li Auto”nun Çində qiymətləri aşağı endirmələrini açıqladıqdan sonra yerli elektrik avtomobil istehsalçılarının səhmləri nəzərəçarpacaq dərəcədə aşağı düşüb.

ABC.AZ xəbər verir ki, hibrid avtomobillərin istehsalı üzrə ixtisaslaşmış Çinin “Li Auto” şirkəti sosial şəbəkələrdə L7, L8, L9 seriyaları və yeni Mega modeli də daxil olmaqla bütün avtomobillərin qiymətlərini endirdiyini elan edib. Bəzi hallarda qiymət azalması 30 min yuana (4.1 min dollar) çatır.

Bazar günü, aprelin 21-də “Tesla” Çin bazarında artan rəqabət səbəbindən elektrik avtomobilləri üçün növbəti qiymət endirimini elan etmək məcburiyyətində qalıb. İlon Maskın şirkəti Model 3, Y, S və X üçün 14 min yuan qiymət endirimi elan edib.