Günəş panellərindən hasarlar hazırlanmağa başladı

15:35 - 22.04.2024


22 aprel, Fineko/abc.az. Günəş panelləri o qədər ucuzlaşıb ki, Almaniya və Hollandiyada onlardan hasarlar hazırlanmağa başlayıb.

ABC.AZ xəbər verir ki, Bloomberg NEF-in aparıcı analitiki Cenni Çeyzin sözlərinə görə, günəş panellərindən hazırlanmış hasarlar ən azı quraşdırma asanlığı və dəyəri səbəbindən məna kəsb edir.

"Qiymətlərin aşağı olması səbəbindən panelləri hər yerə quraşdırırıq", — deyə o bildirib.

Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, 2024-cü ilin sonunadək dünya üzrə günəş panellərinin tədarükü 1100 GVT-a qədər artacaq. Bu, proqnozlaşdırılan tələbdən üç dəfə çoxdur.