Çindən Azərbaycana gətirilən elektriklə işləyən 160 avtobus xəttə buraxılacaq

16:01 - 22.04.2024


22 aprel, Fineko/abc.az. Çinin BYD şirkəti Azərbaycanın avtobus parkında töhfə verəcək.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu il Çindən ölkəmizə gətirilən elektriklə işləyən 160 avtobus xəttə buraxılacaq.

Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev “Kəmər və Yol” təşəbbüsü ilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu arasında potensial sinerji” mövzusunda baş tutan paneldə bildirib.

O vurğulayıb ki, Azərbaycan hazırda elektrik avtobuslarını nəqliyyat sisteminə daxil etməkdədir.