ARNDF-in məzənnə dəyişməsindən gəliri ilk rübdə 89 milyon dollar olub

16:13 - 22.04.2024


22 aprel, Fineko/abc.az. Dövlət Neft Fondunun 2024-cü ilin ilk rübü üzrə valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəliri hesabat dövrü üzrə 151.7 milyon manat təşkil edib.

ABC.AZ Fonda istinadən xəbər verir ki, bu da hazırkı məzənnə ilə 89.23 ABŞ dolları təşkil edir.

Fond bildirir ki, 2024-cü ilin əvvəlində inflyasiyanın səngiməsi ilə mərkəzi bankların faiz dərəcələrini azaldacağı gözləntiləri yaranmış və nəticədə dövlət istiqrazlarının gəlirlilik dərəcələrində müəyyən enmələr, eyni zamanda səhm bazarlarında müsbət dinamika müşahidə olunmuşdur.

Buna baxmayaraq, rüb ərzində inflyasiyanın aşağı düşməsi tempində zəifləmənin izlənilməsi və digər makro-iqtisadi göstəricilər fonunda dövlət istiqrazlarının gəlirlilik dərəcələri rübün sonuna doğru yenidən yüksəlmişdir.