Qırğızıstan və Türkiyə yükdaşıyanlar üçün prosedurları sadələşdirirlər — Bu tarixdən

16:25 - 22.04.2024


22 aprel, Fineko/abc.az. 1 may 2024-cü il tarixindən etibarən Qırğızıstan və Türkiyə ölkələr arasında ikitərəfli və tranzit yük daşımaları üçün icazə sənədlərinin alınması tələbini ləğv edirlər.

ABC.AZ xəbər verir ki, mayın 1-dən etibarən Qırğızıstan və Türkiyə daşıyıcıları əlavə icazə olmadan hər iki ölkəyə yüklərin sərbəst şəkildə tranzit yolu ilə daşınması imkanı əldə edəcəklər.

Boş yük maşınlarına giriş kvotaları və üçüncü ölkələrdən malların idxalı üçün icazələr də əhəmiyyətli dərəcədə artırılacaq ki, bu da yük daşıyıcılarının işini xeyli asanlaşdıracaq.

Ötən il hər iki ölkə arasında yük daşımalarının həcmi 2022-ci illə müqayisədə 14,7% artıb.