Aviaşirkətlərin yük daşımadan gəlirləri kəskin azalıb

16:42 - 22.04.2024


22 aprel, Fineko/abc.az. 2023-cü ildə hava nəqliyyatı ilə yük daşınmadan gəlirlər 2 milyard 152 milyon 228,5 min manat təşkil edib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu 2022-ci ilin eyni dövrü ilə ilə müqayisədə 1 milyard 490 milyon 709,4 min manat və ya 40,9% azalıb.

2022-ci ildə isə aviaşirkətlər 3 milyard 642 milyon 937,9 min manat gəlir əldə etmişdi.

Əldə edilmiş gəlirlərin  2 milyard 150 milyon 752,3 min manatı beynəlxalq, 1 milyon 476,2 min manatı isə daxili reyslərin payına düşüb.

Beynəlxalq reyslərdən əldə edilən gəlirlər 1 milyard 491 milyon 258 min manat (40,9%) azalsa da, daxili reyslərdən əldə edilmiş gəlirlər isə 548,6 milyon manat (59,1%) artıb.