Azəraycanda təyyarələr üzrə sərnişin dövriyyəsi bu qədər artıb

17:19 - 22.04.2024


22 aprel, Fineko/abc.az. 2023-cü ildə hava nəqliyyatı ilə sərnişin dövriyyəsi 5 milyard 279,8 milyon sərnişin-km təşkil edib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bu 2022-ci ilin eyni dövrü ilə ilə müqayisədə 482,4 milyon sərnişin -km və ya 10,1% artıb.

2022-ci ildə isə sərnişin dövriyyəsi 4 milyard 797,4 milyon sərnişin -km təşkil edib. Hesabat dövrdə sərnişin dövriyəsinin 4 milyard  709 milyon sərnişin -km hisəsi beynəlxalq, 570,8 milyon-km hissəsi isə daxili reyslərin payına düşüb.

Beynəlxalq reyslərlə sərnişin dövriyyəsi 595,3 milyon sərnişin-km və ya 14,5% artıb, daxili reyslərlə isə 112,9 milyon sərnişin-km (16,5%) azalıb.