Ən aşağı benzin qiymətləri olan ölkələrin siyahısı açıqlanıb

17:42 - 22.04.2024


22 aprel, Fineko/abc.az. Reytinqin birinci pilləsində İran (litr başına 0,027 dollar) qərarlaşıb. Daha sonra Liviya ($0,029) və Venesuela ($0,033) gəlir. Siyahıda Küveyt və Əlcəzair də var, burada bir litr benzinin orta qiyməti 0,32 dollardır.

Honkonqda benzinin ən yüksək qiyməti (litr başına 2,94 dollar) müşahidə olunur. Monako və İslandiyada da bahalı yanacaq qeydə alınıb (2,20 dollar).