17:56 - 22.04.2024
22 aprel, Fineko/abc.az. Tayland hökuməti 2024-cü ildə yeni viza növlərini tətbiq etməyi planlaşdırır.
ABC.AZ xəbər verir ki, vizalar rəqəmsal köçərilər, astro və ekoturistlər üçün nəzərdə tutulub.
Hakimiyyət gözləyir ki, ekoturist vizaları ölkəyə davamlı turizm və təbiəti qoruma yönümlü səyahətçiləri cəlb etməyə kömək edəcək. Bu növ vizaları seçərək "turistlər Taylandın yaşıl təşəbbüslərinə töhfə verə biləcəklər", —deyə məlumatda qeyd edilir.
Astroturist vizası ilə səyahətçilər Krallığın ən uyğun yerlərində ulduzları seyr edə biləcəklər.
Rəqəmsal köçərilər üçün viza məsafədən işləyən xarici şirkətlərin işçilərinə ölkədə uzun müddət yaşamaq hüququ verəcək.
21 May 2025
21 May 2025