09:35 - 23.04.2024
23 aprel, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti ötən sessiyanın nəticələrinə görə azaldıqdan sonra çərşənbə axşamı ticarətdə yüksəlir.
Brent markalı neftin iyun fyuçerslərinin qiyməti saat 09:32 üçün London ICE Futures birjasında $0,36 (0,41%) artaraq bir barel üçün $87,36-a yüksəldi. Aprelin 22-də Brent markalı neftin iyun fyuçersləri $0,29 (0,33%) ucuzlaşaraq bir barel üçün $87,00-a düşüb.
Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin iyun fyuçerslərinin qiyməti saat 09:32 üçün $0,36 (0,44%) artaraq bir barel üçün $82,26-a yüksəldi. 22 aprel ticarətinin nəticələrinə görə, WTI neftinin iyun fyuçerslərinin qiyməti $0,32 (0,39%) azalaraq bir barel üçün $81,90-a düşüb.
19 Mart 2025
19 Mart 2025
19 Mart 2025
18 Mart 2025
18 Mart 2025
17 Mart 2025
17 Mart 2025
17 Mart 2025