Naxçıvanda bu sahədə işləyənlər razılıqla iş yerlərini dəyişə biləcəklər

10:04 - 23.04.2024


23 aprel, Fineko/abc.az. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin yerdəyişməsi ilə bağlı müvəqqəti qaydalar təsdiq olunub.

Nazirlikdən ABC.AZ-a daxil olan  məlumata görə, qaydalara əsasən, ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin digər ümumtəhsil müəssisələrinə dəyişdirilməsi (qarışılıqlı razılıq əsasında) prosesi ildə bir dəfə tədris ilinin sonunda təsdiqlənmiş vakansiyalara uyğun olaraq mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçiriləcək.

Müəllimlər iş yerini diaqnostik qiymətləndirilmədə və ya işə qəbul üzrə müsabiqədə iştirak etdiyi ixtisas üzrə dəyişmək imkanı əldə edəcəklər.