“EL Metal Plus” QSC-nin mənfəəti kəskin azalıb

10:23 - 23.04.2024


23 aprel, Fineko/abc.az. “EL Metal Plus” QSC 2023-cü ili 1 milyon 55 min manat mənfəətlə başa vurub. 2022-ci ildə QSC-nin mənfəəti 3 milyon 505 min manat olub ki, bu da illik müqayisədə 3.3 dəfə azalma deməkdir.

ABC.AZ  şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il “EL Metal Plus” QSC-nin əsas əməliyyat gəliri 5.4% azalaraq 54 milyon 197 min manat, satışın maya dəyəri 14.4% azalaraq 42 milyon 75 min manat, digər əməliyyat gəlirləri 19 min manat, inzibati xərcləri 9 milyon 310 min manat, digər xərcləri 224 min manat, maliyyə xərcləri 1 milyon 435 min manat təşkil edib.

Hesabat dövründə şirkətin cəmi aktivləri 18 milyon 695 min manatdan 21 milyon 829 min manata, cəmi öhdəlikləri 11 milyon 365 min manatdan 13 milyon 623 min manata, cəmi kapitalı 7 milyon 331 min manatdan 8 milyon 206 min manata çatıb.