İlk rübdə Azərbaycanda 7.13 mlrd. kVt/saat elektrik enerjisi istehsal edilib

10:43 - 23.04.2024


23 aprel, Fineko/abc.az. Azərbaycan ilin I rübündə operativ məlumatlara əsasən, elektrik enerjisinin istehsalı 7 129.3 mln. kVt-saat, ixrac 360.3 mln. kVt-saat, idxal 44.3 mln. kVt-saat olub.

ABC.AZ xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov bildirib.

Yanvar-mart aylarında İES-lər üzrə 6 519.2 mln. kVt-saat, su da daxil olmaqla bərpa olunan enerji mənbələrindən 241,5 mln. kVt-saat artımla 610,1 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.