Azərbaycan və alman şirkətləri məhkəmə çəkişməsində - Detallar

11:13 - 23.04.2024


23 aprel, Fineko/abc.az. Azərbaycanda dəmiryolu infrastrukturunun yenilənməsi ilə bağlı işlər həm də məhkəmə prosesləri ilə müşayiət olunur.

ABC.AZ xəbər verir ki, Bakı Kommersiya Məhkəməsi Azərbaycanın konsaltinq şirkəti olan “Prima Management Consulting (PMG)” MMC-nin Almaniya şirkəti olan Railistics GmbH şirkətinin törəmə şirkəti olan “Railistics Azərbaycan” MMC-yə qarşı iddiasını təmin edib, və ikincinin qarşılıqlı iddiasına rədd edib.

Bir neçə gün əvvəl, daha dəqiqi aprelin 4-də Bakı Kommersiya Məhkəməsində baxılan iddiada iddiaçı şirkət cavabdeh tərəfdən indiyədək ödənilməyən 86 738 min manat ödənişi tələb edirdi.

Qeyd edək ki, «Prima Management Consulting (PMC)» yerli şirkətdir, «Railistics Azərbaycan» MMC isə Almaniyanın “Railistics GmbH” şirkətinin Azərbaycanda yaratdığı törəmə şirkətdir.

Bu iki şirkət birlikdə «Azərbaycan Dəmir Yolları» QSC ilə «Dəmir yolu infrastrukturunun saxlanılması üzrə Əməliyyat Planının hazırlanması» layihəsi üzrə müqavilə bağlayıblar.

Məhkəmə işlərindən aydın olur ki, layihənin ümumi məbləği 235 min avro və ya 471 min manat təşkil edib. İki şirkət arasında bağlanan Birdə Müəssisə Müqaviləsinə əsasən tərəflərin payı 805-20% idi, yəni «Prima Management Consulting (PMC)» bu məbləğin 20%-nə iddia edirdi.