Dövlət agentliyi rus şirkəti ilə milyonluq müqavilə bağladı

11:23 - 23.04.2024


23 aprel, Fineko/abc.az. Dövlət Turizm Agentliyi “Palçıq vulkanlarının ərazisində nümayiş etdirilmək məqsədilə monitorların alınması və quraşdırılması” tenderinin nəticələrini elan edib.

ABC.AZ xəbər verir ki, tenderin qalibi “ООО ПЕТРОСОЛЮШЕНС” olub.

Qalib şirkətlə 1 099 900 manat məbləğində müqavilə imzalanıb.