Mərkəzi Bankdan Sahibkarlar Konfederasiyasına transfer - FOTO

11:33 - 23.04.2024


23 aprel, Fineko/abc.az. Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyası prezidentinin müşaviri vəzifəsinə yeni təyinat olub.

ABC.AZ xəbər verir ki, bu barədə qurumdan bildirilib. Məlumata görə, konfederasiyanın prezidenti Məmməd Musayevin əmri ilə bu vəzifəyə Ziya Cahangir oğlu Hacılı təyin edilib.

Qeyd edək ki, Ziya Hacılı Bakı Dövlət Universitetini bakalavr və magistr pillələri üzrə fərqlənmə diplomu ilə bitirib, təhlükəsizlik məsələlərinin tədqiqi üzrə Corc Marşal mərkəzi, NATO məktəbi, Avropa Kolleci daxil olmaqla bir sıra tədqiqat mərkəzlərində kommunikasiya bacarıqları, transformasiya, yenidənqurma və s. mövzularda proqramlarda iştirak edib. Tarix üzrə fəlsəfə doktorudur.