İqtisadiyyatımız hətta böhran vəziyyətində də sabit artım göstərdi – Əliyev

15:04 - 23.04.2024


23 aprel, Fineko/abc.az. Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır və hətta böhran vəziyyətində də sabit artım göstərdi.

ABC.AZ xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışında deyib.

“Bizim xarici borcumuz çox aşağıdır, hətta hazırda ümumi daxili məhsulumuzun 8 faizindən də azdır”, - deyə dövlət başçısı vurğulayıb.