Prezident onu təltif etdi - Sərəncam

14:24 - 24.04.2024


24 aprel, Fineko/abc.az. Allahverən İbiş oğlu İsmayılov 3‑cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

ABC.AZ xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

O, Azərbaycanda informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə mükafatlandırılıb.