Yanvar-mart aylarında sığorta yığımları 8 faiz artıb

17:04 - 24.04.2024


24 aprel, Fineko/abc.az. 2024-cü ilin yanvar-mart ayında Azərbaycanda sığorta yığımlarının həcmi 373 milyon 140 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8% çoxdur.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, sığorta şirkətlərinin etdiyi ödənişlərin həcmi isə 153 milyon 327 min manat olub ki, bu da 50% artım deməkdir.

Ötən ilin eyni dövründə sığorta yığımlarının həcmi 346 milyon 910 min manat, sığorta ödənişlərinin həcmi isə 102 milyon 290 min manat olub.