Azərbaycan ixracatının 90%-ə yaxınını neft və qaz təşkil edir

11:36 - 29.04.2024


29 aprel, Fineko/abc.az. Neft hasilatındakı eniş ümumi ticarət dövriyyəsində azalmaya gətirib çıxarıb.

ABC.AZ xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

O qeyd edib ki, neft hasilatı bu müddətdə 6,7% azalıb.

"Azərbaycan ixracatının 90%-ə yaxınını neft və qaz ixracatı təşkil etdiyi bu ümumi ticarət dövriyyəsində azalmalar ilə müşahidə olunub. İdxalın azalması mövsümi faktorlar və eləcə də dövlət satınalmaları ilə bağlı yeni qaydaların tətbiqi ilə bağlıdır”.

O bildirib ki, elektrik enerjisi və spirtli və spirtsiz içkilərin ixracatının azalması isə ümumi qeyri-neft ixracatına təsir göstərib: “İqtisadiyyatın diversifikasiya baxımından isə qeyri neft-qaz ixracatının strukturunun və ixrac bazarlarının şaxələndirilməsi prioritet olaraq qalmaqdadır”.