“Google”un ana şirkəti “Alphabet” 2 triliyon dollarlıq bazar dəyərini keçib

12:07 - 29.04.2024


29 aprel, Fineko/abc.az. “Google”un ana şirkəti “Alphabet” cümə günü 2 trilyon dollarlıq bazar dəyərini keçərək yeni bir mərhələyə çatıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, “Google” hazırda 3 trilyon dollardan bir qədər çox bazar kapitallaşmasına malik olan və bu ilin əvvəlində “Apple”i geridə qoyan “Nvidia”, “Apple” və “Microsoft”dan sonra dünyanın dördüncü ən dəyərli şirkətidir.

Bu, “Alphabet”in 2 trilyon dollarlıq kluba ilk hücumu deyil. “Bloomberg”ə görə, şirkət 2021-ci ilin noyabrında və bu ayın əvvəlində qısa müddət ərzində 2 trilyon dollar həddinə çatsa da, cümə günü ilk dəfə bu həddi aşdı.