Gürcüstanda turizm sektorundan rekord qazanc

16:30 - 30.04.2024


30 aprel, Fineko/abc.az. Bu ilin I rübündə Gürcüstanın turizm gəlirləri 807.7 milyon ABŞ dolları təşkil edib.

ABC.AZ xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyası məlumat yayıb.

Məlumata görə, bu, ötən illə müqayisədə 1.5 % çoxdur və Gürcüstan üçün rekord sayılır.

Yanvar-mart aylarında Gürcüstanda ən çox Rusiya vətəndaşları pul xərcləyib -171.2 milyon ABŞ dolları. Digər yerlərdə isə Türkiyə (117.51 milyon ABŞ dolları), Avropa İttifaqı ölkələri (108.3 milyon ABŞ dolları), İsrail (65.7 milyon ABŞ dolları) və Azərbaycan (40.6 milyon ABŞ dolları) qərarlaşıb.