Cari ildə "Azərpambıq Aqrar Sənaye Kompleksi" 9,3 mln. dollarlıq məhsul ixrac edib

10:43 - 1.05.2024


1 may, Fineko/abc.az. 2024-cü ilin yanvar-mart aylarında "Azərpambıq Aqrar Sənaye Kompleksi" xaricə 9,3 milyon dollar dəyərində məhsul   ixrac edib.

ABC.AZ İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, Həmin göstəricinin əvvəlki  ilin yanvar-mart ayları ilə müqayisədə 5,1 milyon dollar və ya 2,2 dəfə çoxdur.

Qeyd edək ki, 2023-ci ilin ilk 3 ayı ərzində "Azərpambıq Aqrar Sənaye Kompleksi" xaricə 4,2 milyon dollar dəyərində məhsul ixrac etmişdi.