Universitet sığortaçı axtarır

12:14 - 1.05.2024


1 may, Fineko/abc.az. Bakı Mühəndislik Universiteti (BMU) səyahət sığortası üçün açıq tender elan edir.

Tenderdə iştirak haqqı 16,61 manatdır.

ABC.AZ etender.gov.az veb saytına istinadən xəbər verir ki, iddiaçılar təkliflərini mayın 27-si, saat 15:00-a qədər BMU-nun yerləşdiyi Abşeron rayonu, Xırdalan şəhəri, Həsən Əliyev küçəsi, ev 120 ünvanına təqdim edə bilərlər.