Anar Əliyev Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri vəzifəsinə təyin olunub

16:05 - 3.08.2018


3 avqust, Fineko/abc.az. Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin Aparatına rəhbər təyin edilib.

Nazirliyin məlumatında deyilir ki, nazirliyinin Aparatının yeni rəhbəri  Anar Əliyev olub.

Anar Əliyev 1980-ci ildə Bakı şəhərində anadan olub. 2000-2006-cı illərdə 1 saylı yerli iqtisad məhkəməsində məhkəmə iclasının katibi, 2006-2008-cı illərdə İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsinin baş məsləhətçisi, 2008-2018-ci illərdə isə həmin şöbənin müdiri vəzifələrində işləyib.

Yeni təyinatına  qədər isə əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri- nazirliyin Aparatının rəhbəri vəzifəsinin müvəqqəti icraçısı olub.

 

Bütün xəbərlər