“AzSığorta” şirkətinin müştərilərə ödədiyi vəsaitlərin həcmi kəskin azalıb

10:54 - 2.05.2024


2 may, Fineko/abc.az. “AzSığorta” ASC bu ilin 3 ayında 3 milyon manat həcmcində sığorta haqqı toplayıb.

ABC.AZ Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, şirkətin yığımları son bir illə müqayisədə 153 min manat, başqa sözlə 5% artıb.

Əvvəlki ilin eyni dövründə “AzSığorta” ASC-nin yığımları 2 milyon 847 min manat olub.

Bu dövrdə şirkətin müştərilərinə etdiyi ödənişlərin məbləği isə 313 min manat olub ki, bu da illik müqayisədə 1 milyon 938 min manat və ya 7,2 dəfə azalma deməkdir. Ötən ilin eyni dövründə şirkət tərəfindən zərərçəkmiş müştərilərə 2 milyon 250 min manat sığorta ödənişi edilib.

Şirkətin zərərlilik göstəricisi isə 10% təşkil edib.