Özbəkistanda xarici investorlar dividend vergilərindən azad edildilər

10:57 - 2.05.2024


2 may, Fineko/abc.az. Özbəkistandakı xarici investorlar dividend vergilərindən üç il müddətinə azad ediliblər. 

ABC.AZ xəbər verir ki, bu barədə Özbəkistan Respublikası Prezidenti Şavkat Mirziyoyev məlumat verib.

"Ölkəmizdə sahibkarlığa və biznesə dəstək məqsədilə bir sıra tədbirlər hazırlanıb. Xarici investorlar artıq üç il müddətinə səhmlərdən alınan dividendlərdən azaddırlar", - deyə o, üçüncü Daşkənd Beynəlxalq İnvestisiya Forumunun plenar sessiyasında çıxış edərkən bildirib.