15:17 - 2.05.2024
2 may, Fineko/abc.az. Azərbaycanda cari ilin ilk 3 ayı üzrə əmlakın risklərdən və yanğından könüllü sığortası üzrə yığımlar və ödənişlərin həcmi məlum olub.
ABC.AZ Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-mart aylarında bu növ sığorta üzrə yığımlar 16 milyon 622 min manat təşkil edib.
Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4 milyon 706 min manat və ya 22% azalıb.
Ötən ilin yanvar-mart aylarında bu göstərici 21 milyon 328 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 749 min manat təşkil edib ki, bu da illik müqayisədə 474 min manat və ya 2,7 dəfə çoxdur.
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024