Azərbaycanda bu şirkət ləğv edilir

10:09 - 3.05.2024


3 may, Fineko/abc.az. 21 iyun 2024- cü il saat 17:00 da Balakən şəhəri, R Səmədov küçəsi 20 ünvanında “Cederovtala Tütün” ASC-nin səhmdarlarının növbəti illik ümümi yığıncağı keçiriləcəkdir.

ABC.AZ xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. Cəmiyyətin sədrinin hesabatı

2. İllik hesabatın təsdiqi.

3. “Cederovtala Tütün” ASC-nin məhdud məsuliyyətli cəmiyyət formasında yenidən təşkil edilməsi barədə məsələlərin müzakirəsi.

4. Cəmiyyətin ləğvi.

5. Təhvil – Təslim Aktının təsdiq edilməsi.

6. Digər məsələlər.

Qeyd edək ki, ASC 2012-ci ildə yaradılıb, nizamnamə kapitalı 22 616 manatdır və qanuni təmsilçisi Yusif Göylərovdur.