Apple ABŞ tarixində ən iri “buyback” elan etdi

10:20 - 3.05.2024


3 may, Fineko/abc.az. Apple ABŞ tarixində 110 milyard dollar dəyərində ən böyük buyback səhmlərini elan edib.

ABC.AZ xəbər verir ki, beləliklə, iPhone istehsalçısı öz rekordunu qırdı. 2018-ci ildə texnologiya nəhəngi 100 milyard dollarlıq səhm alışına icazə vermişdi.

"Təəccüblü rəqəmdir. Ola bilsin ki, Apple başa düşür ki, o, özünün layihələrinə ya genişləndirmə üçün pula ehtiyacı olan dinamik böyüyən aktiv deyil, səhmdarlara pul qaytaran dəyərli aktivə çevrilir", — deyə Interactive Brokers LLC-nin baş strateqi Stiv Sosnik bildirib.

Ümumilikdə, Apple, ABŞ-da indiyə qədər on ən iri səhm alqı-satqısı əməliyyatından altısını həyata keçirib. Bu siyahıya Chevron və Alphabet də daxildir.