Asiya İnkişaf Bankı dayanıqlı satınalmaları dəstəkləmək üçün Azərbaycanla məsləhətləşmələr aparır

11:08 - 3.05.2024


3 may, Fineko/abc.az. Asiya İnkişaf Bankı (ADB) dayanıqlı satınalmaların dəstəklənməsi üzrə fəaliyyət planının razılaşdırılması üçün Azərbaycan hökuməti ilə məsləhətləşmələr aparır.

ABC.AZ xəbər verir ki, məlumata görə, bu barədə jurnalistlərə ADB-nin Baş direktorunun müavini və satınalmalar üzrə əsas əməkdaşı Ceff Teylor bildirib.

O vurğulayıb ki, ADB diaqnostika aparıb və dayanıqlı satınalmaları inkişaf edən təcrübə hesab edir: “Bir sıra təşəbbüslər var və onları həyata keçirmək üçün imkanlar axtarırıq”.

C.Teylorun sözlərinə görə, hazırda Azərbaycanda ADB-nin dəstəyinə və diqqətinə layiq olan təşəbbüslər həyata keçirilir.

Xatırladaq ki, ADB 1966-cı ildə yaradılıb və onun 68 üzvü var. Azərbaycan 1999-cu ildən bu bankın üzvüdür.