Müdafiə Nazirliyindəki mənimsəməyə görə daha bir zabit həbs edildi

14:10 - 3.05.2024


3 may, Fineko/abc.az. Müdafiə Nazirliyindəki 143 milyonluq mənimsəməyə görə daha bir hərbçi həbs edilib.

ABC.AZ “Qafqazinfo”ya istinadən xəbər verir ki,  N saylı hərbi-hissənin maliyyə xidmət rəisi işləmiş Elvin Cəfərov dövlətə dəymiş ziyanı ödəmədiyi üçün barəsində tədbir görülüb.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) müstəntiqinin vəsatəti, Bakı Hərbi Məhkəməsinin hakimi Fikrət Əliyevin qərarı ilə E.Cəfərov haqda 4 aylıq həbs qətimkan tədbiri seçilib.

E.Cəfərovun işi üzrə dövlətə 2 milyon 200 min manat ziyan dəyib.