Azad olunmuş ərazilərdə onlara subsidiya veriləcək

14:58 - 3.05.2024


3 may, Fineko/abc.az. İşğaldan azad olunmuş ərazilərdə tikinti ilə məşğul olan sahibkarlar, o cümlədən tikinti materiallarının istehsalı ilə məşğul olan sahibkarlıq subyektləri dövriyyə vəsaitlər üçün müvəkkil banklardan 2 ildən daha uzun müddətə kredit cəlb edə biləcəklər.

ABC.AZ xəbər verir ki, bunu İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) kredit zəmanət departamentinin direktoru Elşən Kərimov deyib.

Digər güzəşt isə subsidiyalar ilə bağlıdır: “İKZF sahibkarlıq subyektinin əvəzindən müvəkkil banka 8% bəndi həcmində subsidiya ödəmək səlahiyyətinə malikdir. Dəyişikliklərdən sonra bu kateqoriyaya aid olan sahibkarlarlıq subyektlərinə 10% bəndi həcmində subsidiya vermək imkanı olacaq”.