Sony Pictures və Apollo şirkətlərinə Paramount-u almaq təklif edilib — Məbləğ

16:04 - 3.05.2024


3 may, Fineko/abc.az. Sony Group Corp. və Apollo Global Management Inc. Paramount Global Media Qrupunun 26 milyard dollara satın alınması təklifi irəli sürülüb.

ABC.AZ xəbər verir ki, təklif danışıqlar üçün başlanğıc nöqtəsidir. Sony Pictures, şirkətin majoritar hissəsini almaq istəyir, Apollo isə minoritar payı alır. Şirkətlər Paramount səhmdarlarına 12 milyard dollar ödəməyə və şirkətə 14 milyard dollar borc ödəməyə hazır olduqlarını bildirdilər.

Mayın 2-də Paramount səhmləri 13% bahalaşdı, cari ilin əvvəlindən isə onların dəyəri 6,3% azalıb. Kinostudiyaya CBS, MTV, Nickelodeon, Comedy Central telekanalları, həmçinin Böyük Britaniya, Avstraliya, Hindistan və Argentina ərazilərindəki kanallar məxsusdur.