Pambıq sahələrinin sığortasında yenilik

16:32 - 3.05.2024


3 may, Fineko/abc.az. Azərbaycanda kənd təsərrüfatında mühüm bitkilərdən sayılan pambıq sahələrinin sığortası mövsümü başlayıb.

Aqrar Sığorta Fondundan ABC.AZ-a verilən məlumata görə, bu il pambıq əkini ilə məşğul olan fermerlər üçün vacib və sərfəli yenilik edilib.

Belə ki, pambıq sahələrinin yağışdan sığortalanması da baza zərfinə aid edilib. 

Bu il fermerlər üçün mühüm yenilik baza sığorta zərfinə yağış riskinin də əlavə edilməsidir. Belə ki, indiyədək pambıq əkini ilə məşğul olan fermerlər leysan yağışları üzrə sığortanı ayrıca əldə etməli idilər. 

Bəzən fermerlər məlumatsızlıqdan və ya bu riskin o qədər də təhlükəli olmadığını düşünərək sahələrini leysan yağışlarından sığortalamağa maraq göstərmirdilər.