10:54 - 6.05.2024
6 may, Fineko/abc.az. KASKO sığortası üzrə sığorta haqlarının son illərdə yüksək artımını müşahidə edirik. Bu sinif üzrə sığorta haqları ötən il 30%, cari ilin ilk 3 ayında 37% artıb.
ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankdan bildirilib.
Qeyd edilib ki, bu dinamikanın əldə edilməsində şübhəsiz ki, son illərdə sığortaya inamın və sığorta savadlılığının yüksəldilməsi sahəsində aparılan tədbirlərin rolu var.
Lakin, hazırda KASKO sığortası üzrə sığortalanan predmetlərin sayı 43 mini yenicə ötüb ki, bu, avtomobillərin təqribən 3%-ni təşkil edir.
Mərkəzi Bank əlavə edib ki, aparılan qiymətləndirmələrə görə, orta müddətli dövrdə KASKO sığortalanan avtomobillərin sayını 3 dəfə yüksəltmək mümkündür. Amma bunun üçün atılmalı olan addımlar var: "Qarşıdakı illərdə sığortalılara qarşı ədalətli rəftarın daha da yaxşılaşdırılması, mərkəzləşdirilmiş və etibarlı sığorta məlumat mərkəzinin yaradılması, sığortaçıların satış və zərərlərin tənzimlənməsi xidmətlərinin rəqəmsallaşması, müştəri yönlü kasko sığortası məhsullarının inkişaf etməsi, sığortaçıların anderraytinq potensialının inkişaf etidirilməsi və təbii ki, marifləndirmə tədbirlərinin davam etməsi bu sinif üzrə penetrasiya potensialının reallaşdırılmasına xidmət edəcək". (Apa)
8 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024