Azərbaycanda mikro bizneslərin gəlirləri böyüyüb, ya azalıb?

11:03 - 6.05.2024


6 may, Fineko/abc.az. Azərbaycanda mikro sahibkarlıq subyektlərinin gəlirlərinin həcmi 2024-cü ilin birinci rübündə illik müqayisədə 21.38 mln. manat və ya 13.4 faiz artıb.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, mikrobizneslərin malların satışı, işlərin görülməsi və xidmətlərin göstərilməsindən gəlirləri 181.11 milyon manata çatıb.

Bununla belə mikro bizneslərin pərakəndə ticarət dövriyyəsi 49.72 mln. manat olmaqla illik 28 faiz azalıb.

Həmin biznes subyektlərində 135.31 mln. manatlıq topdansatış olub.